ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
“London, Stokholm kimi iri şəhərlərdə tətbiq olunan “congestion charge” (tıxac vergisi) modeli gələcəkdə Bakıda da reallaşa bilər”.
Bu fikirləri nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev KONKRET.az-a açıqlamasında səsləndirib. Böyük şəhərlərdə tıxacın qarşısını almaq üçün bəzi ərazilərə girişə görə vergi tətbiq olunur:
“Bu addım ora daxil olan avtomobillərin sayının azalmasına xidmət edir və nəticədə tıxacların qarşısı alınır. Dünyanın bir çox şəhərlərində bu model tətbiq edilir. Azərbaycanda hələ belə bir məsələ gündəmdə deyil. Amma tıxaclar daha da artarsa, bu yola əl atıla bilər”.
Ekspertin sözlərinə görə, tətbiqin əsas məqsədlərindən biri insanları ictimai nəqliyyata yönəltməkdir:
“İctimai nəqliyyat daha rahat hərəkət edir. Amma fərdi nəqliyyat vasitələrinin mərkəzə girişinə məhdudiyyət qoyulur və sürücülərdən müəyyən ödəniş tələb olunur. Hazırda Bakıda vəziyyət ağırlaşıb, mənzərə xoş deyil. Əgər yaxın gələcəkdə problemlər həllini tapmasa, xüsusilə şəhərin mərkəzinə girişlərdə belə bir vergi tətbiq oluna bilər”.
Aynurə İsmayıl
KONKRET.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.