AZ

Türkiyədən mesaj: Suriya hökumətinin atdığı hər addıma dəstək verəcəyik!

Türkiyənin Milli Müdafiə Nazirliyi Suriyada imzalanan razılaşma çərçivəsində Dəməşq hökumətinə dəstək veriləcəyini açıqlayıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, nazirlikdən olan mənbələr Suriyadakı hadisələrin birbaşa Türkiyənin təhlükəsizliyi ilə əlaqəli olduğunu vurğulayıb.

“Türkiyə Suriyanın ərazi bütövlüyünü və suverenliyini qoruyan, separatçı ünsürlərin ölkəyə daxil olmasının qarşısını alan mərkəzləşdirilmiş idarəçilik modeli ilə sabitliyə nail olacağına inanır. Suriya hökuməti ölkədəki bütün etnik və məzhəb qruplarına bərabər məsafədə davranmaq niyyəti ilə işlərini davam etdirir. Türkiyə Suriya hökumətinin ərazi bütövlüyünü qorumaq üçün atdığı hər addımı dəstəkləyəcək”, - bəyanatda qeyd edilib.

Qeyd edək ki, 13 avqust 2025-ci ildə imzalanan Birgə Təlim və Məsləhət Anlaşma Memorandumu çərçivəsində Türkiyə Silahlı Qüvvələri Suriya ordusunun potensialının artırılması üçün təlim fəaliyyəti həyata keçirir.

Seçilən
14
publika.az

1Mənbələr