AZ

Bu il 1250-dək imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 1250-dək imtiyazlı şəxs yollayışla təmin olunaraq sanator-kurort və müalicə mərkəzlərinə yola salınıb. 

Həmin şəxslər əlilliyi olan şəxslər və şəhid ailələrinin üzvlərindən ibarət olub. Onlardan əlilliyi olan uşaqlar valideynlərindən birinin müşayiəti ilə həmin mərkəzlərə yola salınıblar. 

Qeyd edilən imtiyazlı şəxslər respublikamızın müxtəlif ərazilərində yerləşən sanatoriya-kurort və müalicə mərkəzlərində xəstəliklərinə uyğun fizioterapevtik müalicə kursu keçiblər. 

Seçilən
6
6
xalqqazeti.az

7Mənbələr