FIBA Avropa Kubokunda çıxış edəcək "Neftçi" klubu amerikalı basketbolçu transfer edib.
Bu barədə Rekord.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Bakı təmsilçisi Kvindarios Braun ilə 1 illik müqavilə imzalayıb.
30 yaşlı basketbolçu son mövsümü Litvanın "Yuventus Utena" klubunda keçirib.