AZ

"İndi top Rusiya tərəfindədir" - Eks-nazirdən AÇIQLAMA

"Hər bir siyasətin məqsədi var. Cənab Prezident müsahibədə bu mövzuya geniş diqqət yetirib. Bu bir növ Rusiya tərəfinə mesajdır. Bu böhrana aid Azərbaycanın mövqeyi açıqlanıb".

Bunu "Unikal"a açıqlamasında keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya-Azərbaycan münasibətlərindəki gərginlikdən danışarkən deyib. 

Eks-nazirin sözlərinə görə, indi hər şey Rusiya tərəfindən asılıdır ki, onlar hansı mövqeyi seçəcəklər:

"Bizim mövqeyimiz açıq deyilib. Biz görürük ki, Azərbaycana rəsmi səviyyədə sərgilənən münasibətdə guya hər şey yaxşıdır. Amma digər səviyyələrdə Azərbaycana qarşı düşmən təbliğatı baş verir. Onların güc strukturları azərbaycanlılara qarşı güc tətbiq edirlər. Azərbaycan öz mövqeyini açıqlayıb. İndi top Rusiya tərəfindədir. Əgər Rusiya tərəfindən hansısa fərqli mövqe sərgilənəcəksə, məntiqli olaraq bunun davamı görüş ola bilər. Əgər mövqe dəyişməyibsə, Azərbaycan tərəfi buna aid addımlar atacaq".

Anar Kəlbiyev

Seçilən
6
unikal.az

1Mənbələr