AZ

Körpəsini dişləyərək ölümcül hala salan atanın FOTOSU – EKSKLÜZİV

Xəbər verildiyi kimi Ağdamda valideynlər iki azyaşlı körpəsini döyərək ölümcül hala salıblar. Hər iki valideyn körpənin bədəninin bəzi nahiyələrini dişləyərək xəsarət yetiriblər. Hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb. Uşaqlardan biri, 2023-cü il təvəllüdlü körpə ağır travmalarla Ağdam rayon mərkəzi xəstəxanasındadır və vəziyyəti ağırdır.

Bizim.Media-nın yerli bürosu körpəsini dişləyərək xəsarət yetirən atanın fotosunu əldə edib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin açıqlamasına görə hər iki uşaq Körpələr evinə yerləşdiriləcək.
 

Xatırladaq ki, azyaşlılar dəfələrlə valideynləri tərəfindən fiziki şiddətə məruz qalıb. Hətta körpələrdən birinin fiziki zorakılığa məruz qalması ilə əlaqədar ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar, övladlığa götürmə və himayədar ailə" altsisteminə Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən müraciət daxil olub.


Həmin müraciət əsasında uşaq Nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin qərarı ilə 1 nömrəli Körpələr evinə yerləşdirilib. Daha sonra körpənin anası Sevinc Rəhimova uşağı himayəsinə qaytarmaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə 11.06.2025-ci il tarixli qətnaməsində azyaşlının anasının himayəsinə verilməsinə qərar verib və uşaq anasının himayəsinə qaytarılıb.


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Seçilən
3
4
bizim.media

4Mənbələr