AZ

Almaniya silahlı qüvvələrini gücləndirir: Hədəf 260 min əsgər

Turkstan.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Almaniya kansleri Fridrix Merz yeni qanun layihəsi ilə Alman ordusundakı (Bundesver) əsgər sayının 260 minə yüksələcəyini açıqlayıb.Turkustan.az xəbər verir ki, Merz Berlində keçirdiyi mətbuat konfransında bildirib ki, belə bir şuranın yaradılması otuz ildir müzakirə olunsa da, onun kabineti bu mühüm qərarı cəmi dörd ay ərzində qəbul edib.O, günümüzün "mürəkkəb dünyasında" təhlükəsizlik problemlərinin tək bir nazirlik və ya qurum tərəfindən həll edilə bilməyəcəyini ifadə edərək, "Bu qurum Almaniya hökumətinin daxili, xarici, iqtisadi və rəqəmsal təhlükəsizliklə bağlı ümumi milli təhlükəsizlik məsələlərini həll etməsi üçün mərkəzi platforma olacaq" dedi."Bu Milli Təhlükəsizlik Şurasının yaradılması, məsələn, milli təhlükəsizlik strategiyamızı yeniləməklə, gələcəyə hesablanmış strateji işlərə imkan verəcək. Milli Təhlükəsizlik Şurası ardıcıl təhlükəsizlik siyasətinə yanaşmamızın mühüm təməl daşı olacaq” - deyə, Merz bildirib.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
icma.az

2Mənbələr