AZ

Paşinyan: “Azərbaycanla yeni danışıqlar olacaq”

AzVision.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu güb keçirdiyi brifinqdə belə deyib.

“Sentyabrda biz elan edilmiş prinsiplərə zidd olmayan detalları müzakirə etməyə başlayacağıq. Regionun kommunikasiyalarının mümkün açılması nəqliyyat xətlərinin keçdiyi ölkələrin yurisdiksiyası altında baş tutmalıdır”,- Ermənistanın baş naziri vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistanın imzaladıqları 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyannaməyə qayıtmağa ehtiyac yoxdur. Çünki 2025-ci il avqustun 8-də Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub.

Paşinyan:“Sülh var, amma problemlər qalır”
Paşinyan, həmçinin “şok vəziyyətinə düşdükdən sonra” Azərbaycanla əldə olunmuş razılaşmalara qarşı fəal şəkildə əks-həmləyə keçən müxalifəti dəittiham edib.

- Mən bərpa olunmuş sülhü qorumağı öz vəzifəm sayıram və bütün narahatlıq doğuran məsələləri Ermənistan ictimaiyyətinə izah etməyə hazıram”,- baş nazir bildirib.

Bununla belə, sözügedən brifində Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sülhün yaranmasının tərəflərin bir-birinə sualları olmaması anlamına gəlmədiyini söyləyib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
22
2
azvision.az

3Mənbələr