AZ

Sabah Bərdənin bəzi ərazilərində qaz olmayacaq

BAKI, 28 avqust. TELEQRAF

Sabah Bərdənin 16 kəndi və 2 qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Teleqraf-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

“Bərdə” Qaz Tənzimləyici Məntəqədə (QTM) toztutucu filterin təftiş edilməsi ilə bağlı qazın nəqlinin dayandırılması zəruriyyəti ilə əlaqədar sabah saat 11:00-dan etibarən işlər başa çatanadək məntəqədən “Mehdixanlı” ölçü qovşağından Bərdə rayonunun 16 kəndi və 2 qəsəbəsində 3909 abonentin qaz təchizatı dayandırılacaq.

Qurum vətəndaşlardan təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edib.

Seçilən
11
1
teleqraf.com

2Mənbələr