Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) insan kapitalınıninkişafı sahəsində nüfuzlu Brandon Hall Group “Human CapitalManagement Excellence” mükafatının qalibləri sırasında yeralıb.
Bu barədə Trend SOCAR-a istinadən xəbər verir.
2025-ci ilin əvvəlində SOCAR-ın Baş Ofisinin İnsan Kapitalı vəİnklüzivlik (İKİ) seqmenti tərəfindən həyata keçirilən bir sıralayihə və proqramlar Brandon Hall Group tərəfindən elan edilmişmüxtəlif kateqoriyalar üzrə dörd müxtəlif kateqoriyada yüksəknəticə göstərib. Belə ki, SOCAR “Enerji Liderləri”, “Performansmədəniyyətinin aşılanması” layihələri və “Gənc İstedadlar” proqramıüzrə qızıl medallar, “HR AI chat-bot” layihəsi üzrə isə gümüşmükafat qazanıb.
Qeyd edək ki, Brandon Hall Group 30 ildən artıqdır ki, biznes,idarəetmə və insan kapitalının inkişafı sahələrində qabaqcılşirkətlərin uğurlarını dəyərləndirir. Bu mükafatlar tətbiq edilənproqramların əməkdaşlara və şirkətlərə ölçülə bilən dəyərqazandırmaq bacarığına görə təqdim olunur.