AZ

Xüsusi təhsil ləğv ediləcək?

Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün nəzərdə tutulan xüsusi təhsilin ləğv edilməsi ilə bağlı iddialar əsassızdır.

Ölkə.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Məlumat verilib ki, xüsusi təhsildə təhsilalanların sayı cari vəziyyətdə 11 881 nəfər şagirdir. Həmin şagirdlər dövlət tərəfindən təlim vasitələri ilə (yemək, geyim, ayaqqabı, zəruri avadanlıq və fərdi texniki vasitələrlə və s.) təmin edilir.

Sağlamlıq imkanları məhdud şagirdlər üçün bir sıra ümumi təhsil müəssisələrində xüsusi siniflər də fəaliyyət göstərir. İnklüziv təhsilə cəlb edilən şagirdlərin sayı cari vəziyyətdə 333 nəfər təşkil edir. 2025-ci ildə artıq Bakı şəhərində və bölgələrdə 67 məktəbdə inklüziv təhsil həyata keçirilir.

2025-2026-cı il tədris ilində daha 24 müəssisəsədə (Bakı şəhəri üzrə-11, regionlar üzrə-13) inklüziv təhsil həyata keçiriləcək.

Qeyd edək ki, redaksiyamıza xüsusi təhsilin ləğvi ilə bağlı müracət daxil olub.

Seçilən
33
23
olke.az

10Mənbələr