AZ

Millət vəkili: “İrəvan artıq öz üzərinə öhdəlik götürüb”

Azvision saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Millət vəkili xatırladıb ki, ABŞ prezidentinin administrasiyası bundan əvvəl Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin 2026-cı ilin sonuna qədər imzalanmasının mümkünlüyünü açıqlayıb. “Nə Tramp, nə də regionun böyük dövlətlərinin liderləri Paşinyana etibar etmirlər, çünki onu Sorosun nümayəndəsi kimi görürlər. Ona görə də, bu istiqamətdə sürətli addımlar gözləmək lazım deyil. Əgər İrəvan konstitusiyaya dəyişiklik etməyi öhdəsinə götürsə, Azərbaycan Ermənistanda inqilabçıların hakimiyyətə gəlməsinin qarşısını almaq üçün Paşinyana dəstək kimi saziş imzalaya bilər”, - Qüdrət Həsənquliyev deyib. Deputatın fikrincə, hətta saziş imzalanmadan belə, həmin vaxta qədər Azərbaycan, Türkiyə və Ermənistan arasında kommunikasiya xətlərinin açılması mümkündür ki, bu da Ermənistanın baş nazirinin mövqeyini gücləndirəcək. Qüdrət Həsənquliye deputat bunun tezliklə baş verəcəyinə şübhə edir. - Mirzoyanın bunun əksini iddia etməsinə baxmayaraq, mən düşünürəm ki, İrəvan artıq öz üzərinə öhdəlik götürüb və Ermənistan konstitusiyasına düzəlişlər olunacaq”, - Millət vəkili vurğulayıb. Xatırladaq ki, dünən Ermənistan XİN-in rəhbəri Ararat Mirzoyan Vaşinqtonda konstitusiya məsələsinin müzakirə edilmədiyini və ölkə konstitusiyasına düzəlişlər barədə İrəvanın heç bir üçüncü ölkə qarşısında öhdəliyi götürmədiyini söyləyib. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
1
azvision.az

2Mənbələr