“Caspian International Hospital” MMC-nin iri məbləğdə vergi borcu olduğu məlum olub.
Ulusal.az xəbər verir ki, şirkət 2010-cu ildə yaradılıb nizamnamə kapitalı 10 AZN təşkil edir.
Hal-hazırda şirkətin vergi borcu 24 974 566,63 AZN təşkil edir.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi 67, mənzil 29 ünvanında yerləşir, qanuni təmsilçisi Cəbrayıl Abbasov Neymət oğludur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin bazasında olan məlumata görə, “Caspian International Hospital” riskli vergi ödəyicisi deyil.
Qeyd edək ki, şirkətin vergi öhdəlikləri ilə bağlı illər ərzində bir neçə dəfə maliyyə sanksiyaları tətbiq olunub.
2010-cu ildə şirkət vergi hesabatını vaxtında təqdim etmədiyinə görə 1 hal üzrə 40 manat cərimələnib. 2012-ci ildə bu səbəbdən 5 hal üzrə 200 manat, 2016-cı ildə isə 3 hal üzrə 120 manat maliyyə sanksiyası tətbiq edilib.
Sonrakı illərdə də oxşar hallar təkrarlanıb. Belə ki, 2019-cu ildə 40 manat, 2020-ci ildə yenə 40 manat, 2022-ci ildə isə 3 hal üzrə 120 manat cərimə müəyyən olunub. Ən sonuncu dəfə isə 2023-cü ildə hesabatların vaxtında təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyası tətbiq edilib.Yenisabah.az