Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, o, avtoritar idarəetmə tərzinə can atmır, lakin hazırda başqa yol görmür.
Publika.az xəbər verir ki, bu barədə məlumat Belarus dövlət başçısının mətbuat xidmətinə yaxın “Pool of the First” “Telegram” kanalında dərc olunub.
“Ölkəni avtoritar və ya diktator üsulla idarə etmək istəməzdim. Amma hələlik bu mümkün olmayıb”, – deyə Lukaşenko vurğulayıb.