AZ

AQTA içməli sularla bağlı monitorinq keçirdi

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən cari ilin iyul ayından etibarən aparılan monitorinq çərçivəsində su istehsalı müəssisələrindən 39, yol kənarlarında və binaların həyətlərində quraşdırılmış modul tipli su aparatlarından 47 nümunə götürülərək, laborator müayinələrə cəlb olunub.

Teleqraf xəbər verir ki. bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, mikrobioloji göstəricilər üzrə sınaq nəticələrində uyğunsuzluq müəyyən edilən su emalı müəssisələrində və su aparatlarında yoxlamalar aparılıb. Yoxlama zamanı 20 su emalı müəssisəsindən və 1 su aparatından götürülmüş içməli su nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb. Eyni zamanda yoxlamalar zamanı bir sıra müəssisələrdə sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib.

Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar həmin müəssisələrdə nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkarlar barəsində inzibati tədbirlər görülüb. Bu sahədə yoxlamalar davam etdirilir.

Seçilən
21
2
teleqraf.com

3Mənbələr