AZ

Arkadi Qukasyanın cinayət işi üzrə verdiyi ifadələr və ona aid olan digər sənədlər elan edilib

Avqustun 28-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyanın cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadələr və ona aid digər sənədlər elan edilib.

AZƏRTAC-ın məlumatına görə, təqsirləndirilən şəxs Arkadi Qukasyan ibtidai istintaq zamanı ifadəsində bildirib ki, qondarma rejimin “prezidenti” kimi istənilən “vəzifəyə təyinat”la bağlı qərar qəbul etmək səlahiyyətinə malik olub. Yalnız “müdafiə naziri” vəzifəsinə “təyinat” və “vəzifədən azad etmə” Ermənistanın Müdafiə Nazirliyi və Ermənistan prezidenti ilə razılaşdırıldıqdan sonra baş tutub.

Bölgəyə silah-sursatı yalnız Ermənistan Müdafiə Nazirliyinin göndərdiyini deyən A.Qukasyan ifadəsində vurğulayıb ki, qondarma rejimin “müdafiə nazirliyi” faktiki olaraq Ermənistanın Müdafiə Nazirliyinin tərkib hissəsi kimi çıxış edib.

Bildirilib ki, Ermənistandan silah-sursat və digər bütün təminatlar Gorus-Laçın-Xankəndi, Vardenis-Kəlbəcər-Ağdərə-Xankəndi avtomobil yollarından istifadə edilməklə bölgəyə gətirilib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Seçilən
16
27
azerbaijan-news.az

10Mənbələr