AZ

Rusiyada benzinin ixracına qoyulan qadağa uzadıldı – “Tarif Şurası qiymətləri...”

“Azərbaycan onsuz da son vaxtlar daha çox Türkmənistandan, Qazaxıstandan, Ruminyadan yanacaq alırdı. Rusiyanın yanacaq ixracı ilə bağlı qadağası uzun müddətdir ki, gündəmdə idi. Ona görə də, mən düşünmürəm ki, sözügedən qadağanın uzadılmasının Azərbaycandakı daxili qiymətlərə təsiri olsun. Digər tərəfdən, bizdə onsuz da “Aİ-92” və dizel yanacağının qiymətini Tarif Şurası tənzimləyir. Onlar istədikləri vaxt qiyməti qaldıra yaxud endirə bilərlər”. 

Hurriyyet.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O, bildirib ki, neft qiymətlərin təqribən 15 faiz aşağı düşdüyü şəraitdə “Premium” markalı benzinin qiymətini qaldırmaq məntiqsiz olardı:

“Bu baxımdan, qiymətlərlə bağlı hansısa dəqiq proqnoz vermək, iqtisadi əsaslandırma aparmaq çətindir. Bizdə “Premium” yəni “Aİ-95” markalı benzinin qiymətini məntiqlə bazar tənzimləməlidir, amma faktiki olaraq, SOCAR tənzimləyir. Onun qiymətində də hansısa dəyişikliyin olmasını gözləmirəm. Üstəlik neft qiymətləri də dünya birjalarında xeyli ucuzlaşıb. Hazırda neftin 1 barreli təxminən 67 dollardır. “Premium” markalı benzinin qiymətinin 1.60 manat olduğu vaxt isə neftin qiyməti 85-88 dollar idi. Yəni qiymətlərin təqribən 15 faiz aşağı düşməsindən sonra, “Premium” markalı benzinin qiymətini qaldırmaq məntiqsiz olardı”.

Qeyd edək ki, Rusiyada benzinin qiymətinin artımının davam etməsi səbəbindən onun ixracına qoyulan qadağa uzadılıb. Qərara əsasən, benzinin ixrac qadağası istehsalçılar və istehsalçı olmayanlar üçün 31 oktyabra qədər uzadılıb, istehsalçılar üçün qadağaların isə 1 oktyabrdan etibarən aradan qaldırılmasının planlaşdırıldığı vurğulanıb.

Seçilən
1
3
hurriyyet.az

4Mənbələr