AZ

"Qardaşıma zəng etdim ki, “Qarabağ”ın qələbəsinə görə qurban kəssin"

"Ötən gecə Azərbaycan futbol tarixində unudulmaz anlar yaşandı. Çox gərgin keçən oyunun nəticəsi olaraq Azərbaycan çempionu “Qarabağ” Futbol Klubu ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqəni təmin etdi. Macarıstan “Ferentsvaroş” Futbol Klubuna qalib gələn Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan cavab oyununda 2:3 hesabı ilə uduzsa da, iki görüşün nəticəsinə görə turu adlayan tərəf kimi hamımızı sevindirdi.

Publika.az xəbər verir ki, bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, “Qarabağ”ın sadiq azarkeşi Aqil Abbas səsləndirib.

Deputat Avropanın ən güclü 36 futbol komandası içərisində 3 türk komandasının yer aldığını bildirib: “Qarabağ” Azərbaycanı, “Qalatasaray” Türkiyəni, “Kayrat” Qazaxıstanı bu sezon çempionatda layiqincə təmsil etməyə çalışacaq. İnşallah, bu çempionatda gələcəkdə türk komandalarının sayı çox olacaq”.

Seçilən
14
7
publika.az

9Mənbələr