AZ

Tacikistanlı ekspert: Azərbaycan Orta Dəhlizdə əsas rola malikdir

Bakı, 28 avqust, AZƏRTAC

Azərbaycan Orta Dəhliz marşrutunda əsas rola malikdir.

Bu fikri AZƏRTAC-a müsahibəsində iqtisadiyyat və nəqliyyat üzrə tacikistanlı ekspert, Mərkəzi Asiya Nəqliyyat və Logistika Tərəfdaşlığının sədri Larisa Kislyakova ifadə edib.

Onun sözlərinə görə, ölkə coğrafi baxımdan elə mövqedə yerləşib ki, Orta Dəhlizdə ondan yan keçmək mümkün deyil. Bu, təbii logistika habıdır, Mərkəzi Asiya, Qafqaz və ondan sonra Avropa arasında bütün tranzit axını böyük ölçüdə onun səmərəliliyindən asılıdır.

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə logistika sahəsində qarşılıqlı fəaliyyəti dinamik inkişaf edir və eyni vaxtda bir neçə istiqaməti əhatə edir. Bunlar, ilk növbədə, ixrac-idxal əməliyyatları, həmçinin hər il durmadan artan yük tranzitidir”, -deyə ekspert qeyd edib.

L.Kislyakovanın sözlərinə görə, nəqliyyat növlərindən danışdıqda, həm avtomobil, həm də dəmir yolu daşımaları fəal inkişaf edir. Dəniz nəqliyyatı (Xəzər dənizi ilə) Orta Dəhliz çərçivəsində xüsusilə mühüm rol oynayır. Burada demək olar ki, bütün nəqliyyat növləri iştirak edir və onların inteqrasiyası getdikcə daha çox əlaqələndirilir.

"Ona görə də Azərbaycan ərazisindən tranzit üçün rahat şəraitin yaradılması, infrastrukturun təkmilləşdirilməsi, proseslərin rəqəmsallaşdırılması və təchizat zəncirinin bütün iştirakçıları üçün proqnozlaşdırıla bilən vəziyyətin təmin edilməsi son dərəcə vacibdir. Bu, daşımaların həcminin daha da artmasına və regionda əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək”, -deyə ekspert sözlərini yekunlaşdırıb.

Seçilən
2
2
azertag.az

3Mənbələr