AZ

Bu ölkə İran idmançılarına viza vermədi

İranlı idmançılar Belçikada keçirilən Para Velosiped üzrə Dünya Çempionatında iştirak edə bilməyiblər.

Sitat.info xəbər verir ki, bu haqda İranın idman mediası məlumat yayıb.

Məlumata görə, Belçika səfirliyi viza verməkdən imtina etdiyinə görə iranlı velosipedçilərin dünya çempionatında iştirakı mümkün olmayıb.

Bildirilib ki, bu, Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyalar, həmçinin İran klublarında SEPAH-a bağlı şəxslərin olması ilə əlaqəlidir.

Seçilən
13
2
sitat.info

4Mənbələr