AZ

Azərbaycan və Aİ arasında bir sıra sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib (FOTO)

Bakı. Trend:

Gu gün xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqınınCənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsiMaqdalena Qrononu qəbul edib.

XİN-dən Trend-əbildirilib ki, görüş zamanı Azərbaycan-Avropa İttifaqı (Aİ)əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri,Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional vəbeynəlxalq məsələlər müzakirə olunub.

Azərbaycan və Aİ arasında iqtisadi, ticarət, nəqliyyat, enerjitəhlükəsizliyi, yaşıl enerji, humanitar və s. istiqamətlər üzrəəməkdaşlıq məsələləri nəzərdən keçirilib. İki tərəf arasında yüksəksəviyyədə təmasların məmnunluq doğurduğu, dialoqun davametdirilməsinin vacibliyi vurğulanıb.

Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycan RespublikasınınPrezidentinin ABŞ-yə səfəri zamanı keçirilmiş Zirvə görüşüçərçivəsində Azərbaycan-Ermənistan normallaşma prosesindənailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Avropa İttifaqınınsülh prosesinə müxtəlif istiqamətlərdə dəstək verməyə hazırolduğunu bildirib.

Nazir Ceyhun Bayramov, öz növbəsində Vaşinqton sammiti zamanıəldə edilmiş tarixi razılıqlar, Azərbaycan-Ermənistan normallaşmavə sülh prosesi üzrə əldə olunan irəliləyişlər və perspektivlərbarədə qarşı tərəfə məlumat verib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli vəregional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
10
9
az.trend.az

10Mənbələr