AZ

Ərdoğan Azərbaycan millisinin futbolçuları ilə görüşdü - FOTOLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qadınlardan ibarət “Yüksekovaspor” komandasını qəbul edib.

AFFA-dan verilən məlumata görə, görüşdə bu komandada çıxış edən Azərbaycan millisinin futbolçuları Vüsalə Seyfəddinova, Vüsalə Hacıyeva, Jalə Məhsimova və Aytac Şərifova da iştirak ediblər.

Kluba yeni transfer olunan Sevinc Cəfərzadə isə heyətə gec qoşulduğu üçün görüşə qatıla bilməyib.

Qeyd edək ki, “Yüksekovaspor” ötən mövsüm 1-ci liqanın qalibi kimi Superliqaya yüksəlib.

"Cebheinfo.az" 

Seçilən
12
33
cebheinfo.az

10Mənbələr