AZ

Sarayda 54 yaşlı kişini öldürməkdə şübhəli bilinən şəxsTUTULDU

Avqustun 28-də saat 14 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində 1971-ci il təvəllüdlü Adil İmambaxışovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, Abşeron rayon prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı 1972-ci il təvəllüdlü Vüqar Abuzərovun bıçaqla xəsarət yetirərək Adil İmambaxışovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. V.Abuzərov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Seçilən
39
9
redaktor.az

10Mənbələr