AZ

Pakistandan Almaniyaya daha 50 əfqan miqrant gətiriləcək

Berlin, 28 avqust, AZƏRTAC

Almaniya hökuməti əfqan miqrantların daha bir qrupunu ölkəyə gətirmək üçün xüsusi reys sifariş edib.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, 50 əfqan miqrantın olduğu təyyarə avqustun 31-də İslamabaddan Hannoverə yola düşəcək. Onların arasında qadınlar və uşaqlar da var. Həmin şəxslərin bir qismi Almaniyanın Əfqanıstandakı hərbi missiyası zamanı yerli əməkdaş kimi fəaliyyət göstərən, həmçinin Taliban rejiminə qarşı ictimai fəaliyyətinə görə həyatı təhlükə altında olan şəxslərdir. Qalan sərnişinlər isə onların ailə üzvləridir.

Bu şəxslər Almaniyadan qəbul icazəsi almış, lakin ölkəyə gəlmək üçün Pakistanda gözləyən təxminən 2300 nəfərlik qrupun bir hissəsidir. Onların mərhələli şəkildə Almaniyaya gətirilməsi nəzərdə tutulur.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
5
2
azertag.az

3Mənbələr