Rusiya vətəndaşı olan Azərbaycan əsilli qadın həbs edilib.
Bu barədə "Kommersant" nəşrinin Telegram kanalında məlumat yayılıb.
O, Ukrayna hərbi kəşfiyyatına işləməkdə günahlandırılıb.
Ryazan şəhərində keçirilən məhkəmə prosesində 55 yaşlı qadın dövlətə xəyanətdə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun ad-soyadı açıqlanmır.
Məhkəmənin istintaq materiallarına əsasən, qadın Ukraynanın hərbi kəşfiyyat orqanları ilə əməkdaşlıq edib. O, Rusiya təhlükəsizliyinə qarşı istifadə oluna biləcək məlumatlar əldə etməyə cəhddə günahlandırılıb.
Cinayət işi üzrə digər detallar ictimaiyyətə açıqlanmayıb.(Teleqraf)