Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən elan olunmuş “İT server infrastrukturunun yenilənməsi, tətbiqi, dəstəklənməsi və lisenziyaların uzadılmasının satın alınması” üzrə tender ləğv edilib.
Müsabiqə (№116370) 04 avqust 2025-ci il tarixində elan olunmuşdu. Layihənin ehtimal olunan dəyəri 232,385.42 manat təşkil edirdi. Təkliflərin qəbulu və zərflərin açılışı 25 avqust 2025-ci ildə baş tutmalı idi.
Satınalan təşkilat — Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (VÖEN: 9900012631, ünvan: Bakı şəhəri, H.Zərdabi prospekti, 2A) bu tender vasitəsilə İT server infrastrukturunun müasir tələblərə uyğunlaşdırılmasını, mövcud sistemlərin dəstəklənməsini və lisenziyaların müddətinin uzadılmasını planlaşdırırdı.
Tenderin ləğv edilməsinin səbəbləri barədə rəsmi açıqlama verilməyib.