AZ

Türkiyə klubları Çempionlar Liqasına neçə dəfə qatılıb?

Türkiyə klublarının UEFA Çempionlar Liqasına qatılma statistikası diqqət çəkib.

Fanat.Az xəbər verir ki, siyahıda ən çox iştirak edən komanda "Qalatasaray" olub. “Cim-Bom” indiyədək 18 dəfə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparıb.

Qalatasaraydan sonra ikinci pillədə "Beşiktaş" qərarlaşıb – “qara qartallar” turnirdə 8 dəfə iştirak edib. "Fənərbağça" isə Çempionlar Liqasına 6 dəfə vəsiqə qazanıb.

Digər təmsilçilərdən "Trabzonspor", "Bursaspor" və "Başakşehir" isə hərəsi yalnız 1 dəfə bu turnirdə çıxış edə bilib.

Beləliklə, ümumilikdə 6 türk klubu indiyədək Çempionlar Liqasında iştirak imkanı əldə edib, amma heç biri hələ ki, Qalatasarayın rekorduna yaxınlaşa bilməyib.

Kamil Xudiyev

Seçilən
7
1
fanat.az

2Mənbələr