Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakı, 28 avqust, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində Koreya Respublikasının Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi nəzdində fəaliyyət göstərən Koreya Torpaq və Geoməkan İnformatika Korporasiyasının (LX) və “Wavus” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.
AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri, torpaqların səmərəli idarəedilməsi, kadastr sistemindəki texnoloji imkanlar və milli məkan məlumatları sahəsindəki yeniliklər müzakirə edilib.
Tərəflər sözügedən sahələrdə təcrübə və informasiya mübadiləsinin aparılması və digər potensial əməkdaşlıq istiqamətlərini nəzərdən keçiriblər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.