AZ

“Qarabağ”ı təbrik etməyən klub...

“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə komandanı təbrik edən klublarla bağlı paylaşım edib.

Modern.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında çıxış edən 10 komanda Ağdam təmsilçisinə rəsmi sosial şəbəkə hesablarında paylaşım edərək təbrik ünvanlayıb.

Yalnız “Neftçi” klubu “Qarabağ”ı təbrik etməyib. Bakı klubunun bu addımı birmənalı qarşılanmayıb.

Qeyd edək ki, “Qarabağ”ın ÇL-in əsas mərhələsinə düşməsi Premyer Liqada çıxış edən digər 11 klubun da büdcəsini zənginləşdirəcək. Belə ki, UEFA-nın bu klublara 800 min avro ödəyəcəyi gözlənilir. Yardım iki mərhələdə klubların hesabına köçürüləcək: əvvəlcə 550 min, daha sonra 250 min avro (bugünkü məzənnə ilə 1 milyon 579 min manat).

Seçilən
19
50
modern.az

10Mənbələr