AZ

"Neftçi" beynəlxalq turnirin qalibi oldu

style='margin-bottom:10px;'>

Avqustun 25-dən 28-dək Qubada 12 yaşlı futbolçular arasında keçirilən II “Ulduz Cup” beynəlxalq futbol turniri başa çatıb.

QOL.az xəbər verir ki, finalda Azərbaycanı təmsil edən "Neftçi" özbəkistanın "Paxtakor"u ilə qarşılaşıb. 

Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə bitib. "Ağ-qaralar" penaltilər seriyasında 3:2 hesablı qələbə qazanaraq turnirin qalibi olublar. 

Qeyd edək ki, turnir Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının təşkilatçılığı ilə baş tutub.

Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan turnirdə Azərbaycanı “Ulduz” FA, “Qarabağ” FK, “Sabah” FK və “Neftçi” PFK, Türkiyəni “Trabzonspor məktəb” və “Başakşehir” FK, Gürcüstanı “Dinamo Tiflis”, Özbəkistanı “Paxtakor” FK və “Bunyodkor”, Qırğızıstanı “Sduşorsi”, Qətəri “Aspire Akademiyası”, Qazaxıstanı isə “Şaxtyor” FK təmsil edib.

Seçilən
181
2
teleqraf.com

10Mənbələr