AZ

“Qarabağ”a görə, UEFA klublarımıza pul ödəyəcək

"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmasından fayda götürən təkcə Ağdam klubu özü olmayacaq.

Bizim.Media xəbər verir ki, qitənin ali futbol qurumu ÇL-in əsas mərhələsinə düşən klubların təmsil etdiyi ölkələrin yarışda iştirak edə bilməyən digər komandalarına həmrəylik məqsədi ilə maddi yardım ayıracaq.
 

Konkret Azərbaycana gəlincə, Misli Premyer Liqasında yarışan 12 klubdan 11-nin ("Qarabağ" istisna olmaqla) hər birinə ümumən 800 min avronun ödəniləcəyi gözlənilir.


Yardım iki mərhələdə klubların hesabına köçürüləcək: əvvəlcə 550 min, daha sonra 250 min avro (bugünkü məzənnə ilə 1 milyon 579 min manat). Lakin bu məbləğ son olmaya da bilər.

Məsələ burasındadır ki, "Qarabağ" ÇL-in əsas mərhələsində uğurlu çıxış edərsə, həmin klublar üçün mükafat bir qədər də arta bilər.
 

Ağdam klubunun özünə gəlincə, "Qarabağ" təkcə ÇL-in Liqa mərhələsinə düşdüyünə görə, 18 milyon 620 min avronu artıq təmin edib. UEFA tərəfindən təsnifat mərhələsində iştiraka görə əlavə bonusların ödəniləcəyi də gözlənilir.


Liqa mərhələsində isə bir qələbəyə görə 2 milyon 100 min, heç-heçə üçün isə 700 min avro mükafat nəzərdə tutulub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
29
24
bizim.media

10Mənbələr