AZ

Sabah bu ərazilərdə qaz olmayacaq

Bakıda bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.
ONN media xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.
Bildirilir ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 29.08.2025-ci il saat 10:00-dan etibarən Sabunçu və Qaradağ rayonlarının bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Kürdəxanı qəsəbəsinin, Zabrat qəsəbəsinin Yeni Sahə və Badamlıq yaşayış massivlərinin və Lökbatan qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Seçilən
23
24
onn.az

10Mənbələr