Süni mayalanma ölkəmizdə 2004-cü ildən həyata keçirilir. Hazırda bu, sonsuzluq problemlərini həll edən ən optimal üsul kimi tanınır.
Süni mayalandırma həmişə uğurlu alınmasa da yüksək faizlə uğurlu alınır. O səbəbdən valideyn olmaq istəyənlər təbiblərə üz tutaraq övlad arzusunu reallaşdırmağa can atırlar.
Lakin bunu həm tibbi, həm də maddi baxımdan hər cütlük sınaya bilmir. Azərbaycanda süni mayalanmanın təxmini orta qiyməti 3500 manatdır. Proses bir neçə mərhələli olduğu üçün bura bəzi müayinələr, dərmanlar və əməliyyatlar daxildir.
Bəzi klinikalarda isə məbləğ daha yüksək, yəni 4000-5000 arasında dəyişə bilir.
Bəs süni mayalanma icbari tibbi sığorta xidmətlər zərfinə daxildirmi? Kimlər üçün bu proses pulsuzdur?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, süni mayalanma icbari tibbi sığorta ilə təminata alınmayıb.
4Mənbələr
-
referans.azQiyməti 3500 manatdan başlayan SÜNİ MAYALANMA - İcbari tibbi sığorta hesabına QARŞILANACAQ? ( 20811115)
-
demokrat.azQiyməti 3500 manatdan başlayan SÜNİ MAYALANMA —İcbari tibbi sığorta hesabına QARŞILANACAQ? ( 20803489)
-
bizim.mediaQiyməti 3500 manatdan başlayan SÜNİ MAYALANMA İcbari tibbi sığorta hesabına QARŞILANACAQ? ( 20803363)
-
bizim.mediaQiyməti 3500 manatdan başlayan SÜNİ MAYALANMA - İcbari tibbi sığorta hesabına QARŞILANACAQ? ( 20803366)