AZ

“Milan” “Roma”nın hücumçusunun transferi ilə bağlı danışıqlara başlayıb

İtaliyanın “Milan” klubu A Seriyasının digər təmsilçisi “Roma”nın hücumçusu Artyom Dovbikin transferi ilə bağlı danışıqlara başlayıb.

Bakues.az-ın məlumatına görə, bu barədə jurnalist Nikola Şkira xəbər paylaşıb.

Milan klubu artıq futbolçunun nümayəndələri ilə görüşüblər.

Qeyd edək ki, A.Dovbik ötən mövsüm A Seriyasında meydana çıxdığı 32 matçda 12 qola və 3 məhsuldar ötürməyə imza atıb.

Seçilən
89
2
icma.az

4Mənbələr