BAKI, 29 avqust. TELEQRAF
Ağdaş rayonunun Gürcüva kəndində ümumi sahəsi 96 m² olan tövlənin yanar konstruksiyaları 80 m² sahədə, çardağına yığılan 9 ton ot bağlaması və 30 paq.m elektrik kabeli yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.