AZ

Kiyevdə matəm elan edilib

Rusiyanın hücumu nəticəsində 4-ü uşaq olmaqla, 23 nəfərin həlak olması ilə əlaqədar 29 avqust Kiyev və bölgədə matəm günü elan edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev sosial media hesabında məlumat verib.

Diplomat həmçinin qeyd edib ki, Ukraynanın Azərbaycandakı səfirliyi ünvanına başsağlığı müraciətləri göndərilə bilər.

Qeyd edək ki, 28 avqustda Ukraynanın paytaxtı Kiyevə raket və dron hücumları baş verib. Raketlərdən biri Azərbaycanın Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib. Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb.

Seçilən
132
8
operativmm.az

10Mənbələr