BAKI, 29 avqust. TELEQRAF
Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) Abşeron rayonu, Saray qəsəbəsində çoxmənzilli yaşayış binaları tikdirəcək.
Teleqraf xəbər verir ki, agentlik qəsəbənin 4,5 ha torpaq sahəsində yerləşən 5 nömrəli 12 mərtəbəli, 6 və 7 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün 27 milyon 349 min 902 manat vəsait xərcləməyi planlaşdırır.
Müvafiq işlər üzrə tender elan edilib və podratçı axtarılır.
Təkliflərin son təqdimolunma tarixi isə oktyabrın 14-dür.