Bakı. Trend:
Bank sektorunun xarici öhdəlikləri bu ilin əvvəlinə nəzərən154.8 milyon manat artaraq 2,740 milyard manat təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbərverir.
Məlumata görə, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklikəsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərinhəcmindəki artım ilə əlaqədardır.
Bundan başqa, cari ilin iyul ayında manatla geniş mənada pulkütləsi (M2) keçən ilin müvaviq dövrünə nəzərən 3.4% artaraq 36,662milyard manat təşkil edib.