Fənərbaxça 2024–2025 mövsümündən etibarən komandanın baş məşqçisi kimi fəaliyyət göstərən Joze Mourinyo ilə əməkdaşlığa son qoyduğunu açıqlayıb.
Klubun rəsmi məlumatında bildirilir:
“Peşəkar Futbol A komandamızın 2024–2025 mövsümündən etibarən baş məşqçilik vəzifəsini icra edən Joze Mourinyo ilə yollarımız ayrılmışdır. Komandamıza verdiyi töhfələrə görə ona təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq”.