AZ

Azərbaycanın qeyri-neft məhsulları ixracı 11%-dən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoruüzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,4% artaraq2.09 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə yeyintiməhsullarının ixracı 23,9% artaraq 689 milyon ABŞ dollarına bərabərolub.

Trend xəbərverir ki, bu barədə İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzinin açıqladığı "İxrac İcmalı"nın avqust sayındabildirilir.

2025-ci ilin yanvar-iyul aylarında ixrac olunan şəkər ötən ilinmüvafiq dövrünə nəzərən 10,9 milyon ABŞ dolları və ya 55,1%,meyvə-tərəvəz 122,6 milyon ABŞ dolları və ya 31,9%, kimya sənayesiməhsulları 45,2 milyon ABŞ dolları və ya 30,4%, qara metallar vəonlardan hazırlanan məmulatlar 8,6 milyon ABŞ dolları və ya 19,1%,pambıq iplik 2,6 milyon ABŞ dolları və ya 18,2%, çay 317 min ABŞdolları və ya 8,8% artıb.

Cari ilin yeddi ayında aqrar məhsulların ixracı 27,9% artaraq551,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı isə7,3% artaraq 178,8 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdəaqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22,1% artaraq730,2 milyon ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aidmalların siyahısında qızıl (178,8 milyon ABŞ dolları) birinci olub.Bu siyahıda pomidor (tomat) (156,9 milyon ABŞ dolları) ikinci,pambıq lifi (108,1 milyon ABŞ dolları) isə üçüncü yerdəqərarlaşıb.

2025-ci ilin iyul ayı ərzində ixrac edilmiş qeyri-neft sektorunaaid malların siyahısında şaftalı (48,5 milyon ABŞ dolları) birinciolub. Bu siyahıda qızıl (33,9 milyon ABŞ dolları) ikinci, daş kömürqatranının yüksək temperaturlu qovulmanın təmizlənməmiş digəryüngül yağları və məhsulları (13,8 milyon ABŞ dolları) isə üçüncüyerdə qərarlaşıb.

Cari ilin yeddi ayında Rusiya Federasiyasına 716,6 milyon ABŞdolları, Türkiyəyə 339,7 milyon ABŞ dolları, İsveçrəyə 186,6 milyonABŞ dolları, Gürcüstana 183,4 milyon ABŞ dolları, Ukraynaya isə109,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid malixrac olunub.

2025-ci ilin iyul ayında Rusiya Federasiyasına 130,6 milyon ABŞdolları, Türkiyəyə 52,5 milyon ABŞ dolları, İsveçrəyə 34,3 milyonABŞ dolları, Gürcüstana 28,7 milyon ABŞ dolları, Ukraynaya isə 14,1milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixracedilib.

2025-ci ilin yanvar-iyul ayları üzrə hazırlanmış qeyri-dövlətixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlərtəmsil olunublar: "PRIME COTTON" MMC, "Azərbaycan İnterneyşnlMayninq Kompani Limited Şirkəti"nin Azərbaycan RespublikasındakıNümayəndəliyi, "Export Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti, "BakuSteel Company" QSC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC,"UYTROP" Məhdud Məsuliyyətli Cəmiyyəti, "P-AQRO" MMC, "Sahdag SY"Məhdud Məsuliyyətli Cəmiyyəti, "Avrora" Məhdud MəsuliyyətliCəmiyyəti, "HOPER" Məhdud Məsuliyyətli Cəmiyyəti.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edəndövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq vəİqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıdaaşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC,“AzerGold” QSC ,“Azəralüminium” MMC, Azərbaycan Respublikası DövlətNeft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar SənayeKompleksi" MMC,"SOCAR-DALĞIC" MMC, "Azərbaycan Dəmir Yolları" QSC,Naxçıvan MR Dövlət Energetika Xidməti, "İstisu" mineral su zavoduMəhdud Məsuliyyətli Cəmiyyəti.

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan RespublikasınınKosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41 ölkəsinə 10,1milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləriixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlironun ümumi gəlirlərinin 66%-ni təşkil edib. 2025-ci ilin iyulayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,6 milyon ABŞ dollarıdəyərində xidmət ixrac edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracınınilk beşliyində 2,7 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,1milyon ABŞ dolları ilə Lüksemburq, 498,9 min ABŞ dolları iləNigeriya, 461 min ABŞ dolları ilə Türkiyə, 417,5 min ABŞ dollarıilə Misir qərarlaşıb.

Məqalədə:
Seçilən
72
7
az.trend.az

10Mənbələr