AZ

Nişanə Baxışovadan gənc həmkarına dəstək: “Mənim günümə saldılar”

Adelet.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qalmaqallı şəkildə IX “Muğam müsabiqəsi”ndən ayrılan  və müsabiqənin diplomunu qəbul etməyən gənc  xanəndə Kənan Novruzovun etirazına cavab olaraq həmkarı Nişanə Baxışova da susmayıb.

Adalet.az-a açıqlama verən  xanəndə bir zamanlar eyni hadisəyə şahid olduğunu söyləyib:

“Heç bilmirəm nə deyim.Mənim günümə saldıar bu uşaqları. Düşünürəm ki, 2007-c ildə müsabiqədə mənim yerimi pulla satdılar. Amma Allah böyükdür. Ən  böyük şansım 2011-ci ildə Beynəlxalq  Muğam müsabiqəsində qalib oldum. Düşünürəm ki bu qələbəmlə yerimin satıldığını sübut etdim”.

N.BaxIşova  gənc həmkarına möhkəm olmağı arzulayıb:

“Kənana deyirəm ki, bu haqsızlıqdır, bəli, amma hər şeyin sonu demək deyil. Uğurları qarşıdadır. O, istedadlıdır və bir gün layiq olduğu yerdə dayanacaq”.

Əntiqə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
118
1
adalet.az

2Mənbələr