AZ

Azərbaycanın özəl müəssisələrinin qeyri-neft-qaz ixracı üzrə reytinqi açıqlanıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın özəl müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderlik "Prime Cotton" MMC-yə (69,5 milyon ABŞ dolları) məxsus olub...

Poliqon xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyul sayında bildirilir.

Reytinq cədvəlində növbəti yerlərdə "Azerbaijan International Mining Company Limited" şirkətinin Azərbaycandakı nümayəndəliyi (56 milyon ABŞ dolları), "Export Stream" MMC (37,2 milyon ABŞ dolları), "Baku Steel Company" QSC (34,9 milyon ABŞ dolları), "Azərsun Holdinq" MMC-yə məxsus "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC (İmişli Şəkər Zavodu, 30,4 milyon ABŞ dolları), "UYTROP" MMC (24,2 milyon ABŞ dolları), "P-Aqro" MMC (23,2 milyon ABŞ dolları), "Sahdag SY" MMC (21,1 milyon ABŞ dolları), "Avrora" MMC (20,2 milyon ABŞ dolları) və "HOPER" MMC (19,3 milyon ABŞ dolları) qərarlaşıb.

Poliqon.info

Seçilən
33
1
poliqon.info

2Mənbələr