AZ

"Fənərbaxça" Mourinyonu istefaya göndərdi

"Fənərbaxça"nın baş məşqçisi Jose Mourinyo istefaya göndərilib.

 

Bu barədə klub açıqlama yayıb.

 

“2024-2025 mövsümündən klubumuzun baş məşqçisi olan Joze Mourinyo ilə yollarımızı ayırdıq”, - açıqlamada deyilir.

 

Qeyd edək ki, Mourinyonun rəhbərliyi altında "sarı-lacivərdlilər" 62 rəsmi matça çıxıb. Mourinyo bu görüşlərdə 37 qələbə, 14 heç-heçə və 11 məğlubiyyətlə yadda qalıb.

Tarix: 29 Avqust 2025, 12:23   
Seçilən
114
7
pravda.az

8Mənbələr