ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Ermənistanda döyüş mövqelərinə maneəsiz daxil olan İsveçrə vətəndaşı Sandro Şmidlə bağlı baş verən insidentlə əlaqədar xidməti araşdırmaya başlanılıb.
APA xəbər verir ki, bu haqda məlumatı Ermənistan mediası yayıb.
Məlumata görə, bu yaxınlarda Ermənistanda motosikletlə səyahət edən İsveçrə vətəndaşı Sandro Şmid səyahəti zamanı maneəsiz olaraq döyüş mövqelərindən birinə çatıb və orada Ermənistan hərbçiləri ilə qarşılaşıb.
İsveçrəli tərəfindən sosial şəbəkədə yayımlanan videoda görünür ki, xüsusi qorunan əraziyə qanunsuz daxil olan şəxsi saxlamaq əvəzinə hərbçilər onunla səmimi şəkildə söhbət ediblər.
Hazırda Müdafiə Nazirliyi insidentin bütün təfərrüatlarını araşdırır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.