AZ

Şəmkirdə su kəməri partlayıb | VİDEO

Video-materiallarda yüksək su təzyiqindən böyük ərazidə gölməçə əmələ gəldiyi görünür. Zədələnmiş kəmərin Kür çayından Qaracəmilli kanalına su verdiyi bildirilir.

Azərbaycan Su Təsərrüfatı Agentliyinin məlumatın əsasən, qəza Şəmkir Maşın-Kanal nasos stansiyasının ikinci mərhələsində pilləsində verib. Stansiyanın ikinci kilometrliyində hidravlik təzyiq və metalın aşınması səbəbindən boru partlayıb.

Hadisədən dərhal sonra Kanal İstismarı idarəsinin əməkdaşlarının gördükləri tədbirlər nəticəsində problem lokallaşdırılıb. Hazırda təmir-bərpa işləri davam etdirilir.

Kəmərdən gələn su suvarma üçün istifadə olunur. Qəza nəticəsində əkin sahələrinə və sakinlərə heç bir ziyan dəyməyib. Sızan su nasos stansiyasının suqəbuledici strukturuna yönəldilib.



Sahil İsgəndərov
AzVision.az

Seçilən
78
azvision.az

1Mənbələr