AZ

Azərbaycanda problemli kreditlərin məbləği artıb - SƏBƏB?


Bu il avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 529,4 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının (AMB)məlumatında deyilir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,4 % çoxdur. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 17,9 %, son 1 ildə isə 16,7 % artıb. İyulun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət iyunun sonuna da 1,7 %, ötən il dekabrın sonuna 1,5 %, ötən il iyulun sonuna isə 1,7 % olub.

Mətləb

Seçilən
109
6
baki-xeber.com

7Mənbələr