AZ

Ermənistan və ABŞ-nin birgə Anlaşma Memorandumunda nələr var?

Vaşinqtonda Ermənistan və ABŞ arasında imzalanmış anlaşma memorandumları dərc olunub.

Operativ Media xəbər verir ki, anlaşma memorandumlarının məğzi aşağıdakı kimidir:

1. Biotexnologiya və yarımkeçiricilər sahəsində innovasiya tərəfdaşlığı

ABŞ və Ermənistan yarımkeçirici ekosistemin inkişafı, texnologiyanın kommersiyalaşdırılması və iqtisadi faydanın artırılması üçün əməkdaşlıq edirlər. Məqsəd süni intellekt və yarımkeçirici təchizat zəncirlərini təhlükəsiz və davamlı etməkdir.

Əməkdaşlıq prioritetləri: Ermənistan yarımkeçirici ekosistemini inkişaf etdirmək, özəl sektor investisiyalarını təşviq etmək, məlumat mübadiləsi aparmaq, ixraca nəzarət və süni intellekt proqramlarını inkişaf etdirməkdir.

Sahələr: ABŞ özəl sektoru ilə birgə iş, təhlükəsiz təchizat zəncirləri, süni intellekt resurslarının idarəsi, yüksək texnologiya investisiyaları.

Müddət: 1 il, 60 gün əvvəl bildiriş olmadan 3 il uzadıla bilər. Memorandum hüquqi öhdəlik yaratmır və xərclər hər tərəfin öz hesabınadir.

2. Enerji təhlükəsizliyi tərəfdaşlığı

ABŞ və Ermənistan enerji sektorunun təhlükəsizliyi, dayanıqlılığı və modernləşdirilməsi üçün əməkdaşlıq edirlər. Məqsəd aşağı karbonlu və rəqabətqabiliyyətli enerji iqtisadiyyatına keçidi dəstəkləməkdir.

Əməkdaşlıq sahələri: mülki nüvə enerjisi və kiçik modul reaktorlar, kritik enerji infrastrukturu, bərpa olunan enerji layihələri, paylayıcı şəbəkənin modernləşdirilməsi və kibertəhlükəsizlik.

Müddət və ümumi şərtlər əvvəlki Memorandumla eynidir.

3. “Sülh Yollarının Kəsişməsi” tərəfdaşlığı

ABŞ və Ermənistan sərhəd təhlükəsizliyi və infrastruktur layihələrində əməkdaşlıq edirlər. Məqsəd Ermənistanın sərhəd və infrastruktur təhlükəsizliyini gücləndirməkdir.

Əməkdaşlıq sahələri: sərhəd təhlükəsizliyinin təkmilləşdirilməsi, gömrük nəzarəti, kibermüdafiə əməliyyatları və infrastrukturun modernləşdirilməsi.

Müddət və şərtlər əvvəlki Memorandumlarla eynidir; heç bir hüquqi öhdəlik yaratmır və xərclər hər tərəfin öz hesabınadir.

Seçilən
69
operativmedia.az

1Mənbələr