AZ

Çarlz Oliveyranın məşqçisi: Rafael Fiziyev nokaut gücünə malik yaxşı döyüşçüdür

BAKI, 29 avqust. TELEQRAF

"Bizi nokaut gücünə malik yaxşı döyüşçü ilə çətin qarşılaşma gözləyir".

Teleqraf xəbər verir ki, bunu UFC-nin yüngül çəki dərəcəsinin sabiq çempionu Çarlz Oliveyranın məşqçisi Dieqo Lima azərbaycanlı döyüşçü Rafael Fiziyevlə bağlı "Sherdog"a danışarkən deyib.

"Çoxları Çarlzın İliya Topuriyaya nokaut olduqdan qısa müddət sonra oktaqona qayıtmaq qərarından narahatdır. Amma o, son dərəcə motivasiyalıdır və əla formada olacağına inanır. Biz bütün lazımi testləri vermişik, ona görə də azarkeşlərə yalnız arenanı doldurmaq və Çarlzı dəstəkləmək qalır”, - deyə Lima bildirib.

Qeyd edək ki, Rafael Fiziyev Çarlz Oliveyra ilə oktyabrın 12-də Rio-de-Janeyroda keçiriləcək UFC turnirində üz-üzə gələcək.

Seçilən
67
teleqraf.com

1Mənbələr