AZ

“Qarabağ”ın rəqiblərinin heyət dəyərləri məlum oldu 1 milyard avrodan bahalı komandalar var

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

2025-2026 mövsümündə Çempionlar Liqasında iştirak edəcək Azərbaycan çempionu “Qarabağ”, qrup mərhələsində bir sıra güclü Avropa komandaları ilə üz-üzə gələcək. 

İlk turun oyunları sentyabrın 16-18-də baş tutacaq.

Qarabağın qrupdakı rəqibləri və oyun yerləri belədir:

- "Çelsi" (İngiltərə) – Bakıda

- "Liverpul" (İngiltərə) – Səfərdə

- "Benfika" (Portuqaliya) – Səfərdə

- "Ayntraxt Frankfurt" (Almaniya) – Bakıda

- "Ayaks" (Niderland) – Bakıda

- "Napoli" (İtaliya) – Səfərdə

- "Atletik Bilbao" (İspaniya) – Səfərdə, Bilbaoda

- "Kopenhagen" (Danimarka) – Bakıda

Qeyd edək ki, "Transfermarkt" portalının məlumatlarına görə, rəqiblərin ümumi heyət dəyərləri "Qarabağ"-dan bir neçə dəfə çoxdur.Ən bahalı komandalar İngiltərənin “Çelsi” və “Liverpul” klublarıdır, bazar dəyərləri müvafiq olaraq 1,12 milyard və 1,05 milyard avrodur.

Komandaların bazar dəyəlrəri belədir:

- "Çelsi" - 1,12 milyard avro;

- "Liverpul" - 1,05 milyard;

- "Napoli" - 456,85 milyon avro;

- "Atletik Bilbao" - 367,40 milyon avro;

- "Ayntraxt Frankfurt" - 336,4 milyon avro;

- "Benfika" - 333,8 milyon avro;

- "Ayaks" - 206,15 milyon avro;

- "Kopenhagen" - 75,15 milyon avro;

- Qarabağ - 25,08 milyon avro.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
1
azpolitika.info

2Mənbələr