AZ

"Tranpın "sülh planı" Putin üçün yeni fürsətlər yaradır" - "The Atlantic"

 
"ABŞ Rusiyanın müttəfiqi kimi yox, arbitri kimi çıxış edir" 
 
Trampın diplomatik təşəbbüsləri nəticə vermir, həm Avropada, həm də Vaşinqtonun özündə onun addımları çaşqınlıq yaradır.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Atlantic" nəşri yazıb.
 
Nəşr yazır ki, ABŞ prezidenti Donald Tramp son aylarda Ukrayna müharibəsində "sülh vasitəçisi" kimi çıxış etdiyini bəyan edir. O, dəfələrlə bildirib ki, müharibəni "24 saat ərzində" dayandıra bilər. Amma faktlar başqa mənzərə yaradır.
 
Amerikanın mövqeyi sual altındadır
 
Portuqaliya prezidenti Marselo Rebelo de Souza açıq şəkildə Trampı "Rusiya agenti" adlandırıb. Onun sözlərinə görə, ABŞ artıq Ukraynanın müttəfiqi kimi yox, "arbitri" kimi çıxış edir və Vaşinqtonun bütün diqqəti Moskva ilə danışıqlara yönəlib. Sözün açığı, Trampın xətti Avropa üçün təhlükəli balanssızlıq yaradır: ABŞ Ukraynanı və Avropa İttifaqını prosesdən kənarda qoyaraq Kremllə gizli razılaşmalara gedirmiş kimi görünür.
 
"Müharibə bitsin, necə bitməsi vacib deyil"
 
Nəşr yazır ki, Tramp müharibənin ən qısa zamanda başa çatmasını istəyir, amma onun üçün bu nəticənin hansı yolla əldə olunması o qədər də önəmli deyil. Prezidentin yaxın çevrəsi etiraf edir ki, Tramp Zelenskidən və Avropadan narazıdır, onların tələblərini "real olmayan" şərtlər adlandırır. Mənbələrə görə, Tramp düşünür ki, Ukrayna ərazilərinin bir hissəsini itirməlidir.
 
Moskva isə öz oyununu oynayır. Trampın xüsusi elçisi Stiv Uitkoffun Putinlə görüşündə Rusiya lideri açıq şəkildə Krım və Donbasın "de-yure" tanınmasını tələb edib. Əvəzində isə Zaporojye və Xersondan qismən geri çəkilməkdən danışıb. Amma Putinin ordusu həmin bölgələrdən çıxmaq barədə heç nə deməyib. ABŞ nümayəndəsi isə bu məsələni dəqiqləşdirməyib. Beləliklə, Kremlin mövqeyi dəyişməyib, Trampın isə sülh planı havada qalıb.
 
Müharibə davam edir, Trampın əsəbləri artır
 
Bu arada Rusiya Kiyevə qarşı ən böyük hava hücumlarından birini həyata keçirdi: 600 pilotsuz uçuş aparatı və 31 raket yaşayış məhəllələrini, Avropa missiyalarının ofislərini vurub. Trampın xüsusi nümayəndəsi Kit Kelloq bunu "dəhşətli" adlandırıb və vurğulayıb ki, Moskvanın zərbələri sülhə təhlükə yaradır.
Amma eyni zamanda, Tramp yeni öhdəliklərdən yayınır, çünki Ukraynaya açıq dəstəyin onun seçici bazasında qıcıq doğuracağını anlayır. Ağ Ev sözçüsü Kerolayn Levitt isə etiraf edib ki, nə Putin, nə də Zelenski hələlik müharibəni dayandırmaq niyyətindədir. Yəni Trampın bütün "vasitəçilik oyunu: hazırda yalnız siyasi şou təsiri bağışlayır.
 
Moskva qazanır, Qərb isə çaşqındır
 
Tramp bir tərəfdən müharibənin tezliklə bitməsini istəyir, digər tərəfdən Ukraynanın maraqlarını arxa plana keçirərək Kremllə kompromis axtarır. Bu isə həm Avropada, həm də ABŞ-da onun siyasətinə inamsızlıq yaradır. Əslində, Moskva Trampın ikibaşlı oyunundan daha çox faydalanır: Putin Vaşinqtondakı təmtəraqlı görüşləri daxildə "qələbə" kimi təqdim edir, Avropa isə ABŞ-ın tərəddüdləri qarşısında çaşqın qalır.
 
Belə görünür ki, Trampın "24 saatlıq sülh" vədləri gerçəkdə Moskvanın vaxt udmaq planına xidmət edir. ABŞ liderinin ikili siyasəti nə müharibəni dayandırır, nə də Ukraynanın təhlükəsizliyinə zəmanət yaradır, əksinə, Qərbin birliyini zəiflədir və Putin üçün yeni fürsətlər açır.
Seçilən
50
moderator.az

1Mənbələr